Jurnalist özünü pəncərədən atıb öldürdü
Tarix: 29-10-2018 13:13 | Bölmə: Cəmiyyət
Jurnalist özünü pəncərədən atıb öldürdü

NTV-nin jurnalisti Nikita Razvozjaev oktyabrın 29-da səhər saatlarında Moskvada pəncərədən yıxılaraq ölüb.

Reyting.az
Rusiya mediasına istinadən bildirir ki, hadisə yerli vaxtla saat 7:30-da qeydə alınıb.

25 yaşlı reportyor qonaq getdiyi yerdə 11-ci mərtəbədəki mənzilin pəncərəsindən düşüb.

Razvozjaev əvvəlcə özünün sosial şəbəkədəki səhifəsində sevdiyi qıza, dostlarına, valideynlərinə və həmkarlarına ünvanlanan uzun məktub paylaşıb.

“Mən öz düşüncələrimlə yad şəhərdə təkbətək qalmışam. Siz yanımda olsaydınız, hər şey başqa cür ola bilərdi”, - o, valideynlərinə ünvanladığı hissədə yazıb.

Razvozjaev Moskvaya Saratovdan gəlib.

Ötən il avqustun 2-də onun iştirakı ilə insident baş verib. Razvozjaev birbaşa efirdə reportaj aparanda keçmiş desantçı Aleksandr Orlov heç bir səbəb olmadan onun sifətinə vurub. O, buna görə 6 ay məcburi işə cəlb olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}