Deputat parlamentdə atəş açdı - Fotolar
Tarix: 29-10-2018 18:00 | Bölmə: Cəmiyyət
Deputat parlamentdə atəş açdı

Mərkəzi Afrika Respublikasının parlamentində deputat Rombot Alfred Yekatom atəş açıb.

Reyting.az bildirir ki, bu barə AR-in jurnalisti Çarl Buzel özünün Twitter səhifsində məlumat yayıb.

Deputat parlamentdə atəş açdı

İnsident Milli assambleyaya yeni rəhbər seçkisi zamanı baş vetib.

Atəş nəticəsində yaralanan olmayıb. Yekatoma zərərsizləşdirlib, ərazidə polis mühafizəsi gücləndirilib.

Deputat parlamentdə atəş açdı

Jurnalist qeyd edib ki, assambleyanın binasına hazırda yalnız deputaylar və media nümayəndələri buraxılıb, seçki proseduru davam edir.

Atəş açan deputatın məqsədi haqda hələ ki məlumat verilmir.

Parlamentin keçmiş rəhbəri Karim Mekaus oktyabrın 26-da vəzifəsindən kənarlaşdırılıb.

Deputat parlamentdə atəş açdı

Siyasətçinin tərəfdarları bəyan ediblər ki, onun postundan uzaqlaşdırılması qanunsuzdur.

Məlumata görə, Mekausun 2016-cı ildə seçilməsi respublikada barışıq rəmsi olub. 2013-cü ildən ölkədə “Seleka” müsəlman qruplaşması və “Antibalaka” xristian silahlıları arasında qarşıdurma bedib.

2013-cü ilin mart ayında Cənubi Afrika Respublikasının keçmiş prezidenti Fransua Boize “Seleki” üsyançıları ilə vətəndaş müharibəsinin gedişində devrilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}