Prezidentin qohumları türkmənlərin başına bəla olublar
Tarix: 31-10-2018 17:08 | Bölmə: Cəmiyyət
Prezidentin qohumları türkmənlərin başına bəla olublar

Türkmənistanda büdcə təşkilatlarının işçiləri prezident Qurbanqulu Berdımuhəmmədovun qohumlarının ölkəyə gətirdiyi yeni velosipedləri almağa məcbur edilirlər.

Reyting.az bildirir ki, bu barədə Turkmen Yurt öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçısının bizneslə məşğul olan bacıoğlanları ölkəyə yeni velosipedlər gətiriblər.

Digər məlumata görə, ötən il büdcə təşkilatlarında çalışanların çoxu velosiped alsa da, lakin indi onlar yenidən buna pul xərcləməlidir.

Prezidentin qohumları türkmənlərin başına bəla olublar

“Ötən il satılan velosipedlər artıq aktual deyil, təkərlərinin ölçüsü yollara uyğun gəlmir və rənglərini də dəyişmək lazımdır”, - hakimiyyətin arqumenti belədir.

Bundan əlavə, büdcə təşkilatlarında işləyənlər yeni idman forması da almalıdır.

Türkmənistan prezidenti ölkədə velosipedin populyarlaşması ideyasını 2013-cü ildə irəli sürüb. Xüsusi proqram qəbul olunub – respublikanın hər sakini velosipedlə təmin ounmalıdır.

Sonradan məlum olub ki, dövlət banklarının rəhbərləri Çin və Türkiyədən nağdsız hesablaşma üzrə çox sayda velosiped gətizdirib, sonra öz tabeçiliyindəkilərə iki dəfə baha qiymətə satırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}