AMAY Abdullanın sağ əli tutulub
Tarix: 02-11-2018 16:50 | Bölmə: Cəmiyyət
AMAY Abdullanın sağ əli tutulub

Oktyabrın 31-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan “AMAY” Məhdud Məsuliyyətli Cəmiyyətin İranda təsis etdiyi “Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən Nizami Bayramov Yardımlı rayonu ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

AMAY Abdullanın sağ əli tutulub

Reyting.az
-a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Nizami Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 dollar və 100 manat pul aşkar­lanıb.

Saxlanılan şəxsə həmin əməllərinə görə Cinayət Məcəlləsinin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}