12 yaşında 40 yaşlı kişiyə ərə getdi, 44 uşaq doğdu - Fotolar
Tarix: 03-11-2018 14:08 | Bölmə: Cəmiyyət
12 yaşında 40 yaşlı kişiyə ərə getdi, 44 uşaq doğdu

Uqandadan olan Mariam Nabatanzi Babirye 12 yaşında ərə gedib və 40 yaşına qədər 44 uşaq doğub.

Reyting.az xəbər verir ki, bu uşaqların hamısı bir kişidən olub və indi ata onlarla maraqlanmır.

12 yaşında 40 yaşlı kişiyə ərə getdi, 44 uşaq doğdu

Mariam uşaqlığının çox çətin keçdiyini söyləyir. Qız balaca olanda anası ölüb, atası yenidən evlənib və onun bütün bacı-qardaşlarını öldürüb. Mariam möcüzə nəticəsində salamat qalıb, lakin ögey ana ona qarşı qəddarlığından əl çəkməyib. Analığından canını qurtarmaq üçün 12 yaşında 40 yaşlı kişiyə ərə getməyə razılaşıb.

Mariamın ilk uşağı 13 yaşında doğulub. Əkizləri dünyaya gəlib. İki ildən sonra üçəm, sonra 4 uşaq doğub. Altı doğuşdan və 18 yaşından sonra Mariam həkimə müraciət edərək ona hamilələyin qarşısının alınması üçün dərmanlar yazmasını xahiş edib, lakin tibb işçisi deyib ki, qadın bundan sonra da doğmalıdır, əks halda öləcək. Həmin məsləhət digər xəstəxanalarda da verilib.

12 yaşında 40 yaşlı kişiyə ərə getdi, 44 uşaq doğdu

“Məni Uqandanın ən böyük xəstəxanalarında müayinə edəndən sonra doğmağı davam etdirməyimi məsləhət görüblər”, - Mariam deyir.

Amma çox illər sonra ümidini itirmiş qadın həkimləri uşaqlığına spiral qoyulmasına razılaşdıra bilib, bu isə az qala onun üçün faciə ilə nəticələnəkdi – Mariam bir ay komaya düşüb. Sonuncu doğuşdan sonra həkimlər problemi radikal formada həll ediblər və çoxuşaqlı ananın uşaqlığına borular bağlayıblar. Əməliyyat uğurlu keçib, Mariam daha hamilə qalmır.

12 yaşında 40 yaşlı kişiyə ərə getdi, 44 uşaq doğdu

Lakin onun həyatını yenə yüngül hesab etmək olmaz – o, təklikdə sağ qalan 38 uşağını böyütməyə məhkumdur. Onların atası – Mariamın əri – öz övladları ilə qətiyyən maraqlanmır. Evə ildə bir dəfə, arvadı ilə yatmağa gəlir və yenidən yoxa çıxır. Bununla belə, Mariam gileylənmir, çünki əri yanında olanda, həmişə vahimə içərisində yaşayıb – kişi dəfələrlə onu kötəkləyib.

12 yaşında 40 yaşlı kişiyə ərə getdi, 44 uşaq doğdu

“Ərlə birgə həyat asan olmur, lakin qadınlar dözməlidirlər, ona görə ki, həmişə belə olub, nənələrimiz də belə yaşayıblar”, - Mariam vurğulayır.

Mariam uşaqlarını yedizdirmək üçün istənilən işi görməyə hazırdır – tikməyi, tort bişirməyi bacarır, stilist və bərbər işləyir, həmçinin müalicəvi otların alverini edir.

12 yaşında 40 yaşlı kişiyə ərə getdi, 44 uşaq doğdu

Qadın ümid edir ki, övladları yaxşı təhsil alacaq və gələcəkdə onunla müqayisədə xoşbət olacaqlar. Halbuki, Mariam özünü də bədbəxt hesab etmir və hesab edir ki, övladlarına həsr etdiyi ömrü mənalı keçir.

“Mənim övladlarım – mənim sevincimdir. Onların xoşbəxtliyinə çalışmaq ağır yük deyil. Onların qayığısına qala bildiyim üçün sevinirəm”, - Mariam deyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}