İşçi şirkətin pulunu mənimsədi
Tarix: 05-11-2018 11:20 | Bölmə: Cəmiyyət
İşçi şirkətin pulunu mənimsədi

Bərdə rayonu ərazisindəki “Koroğlu” Məhdud Məsuliyyətli Cəmiyyətdə maliyyəçi işləyən M.Cəfərov rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları müvafiq tədbirlər görüb.

Araşdırmalar zamanı M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.

Məlum olub ki, o, həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlədib i və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verib.

M.Cəfərov saxlanılıb, pul şirkətə qaytarılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}