19 nəfərdən rüşvət alan bağça müdiri həbs edildi
Tarix: 05-11-2018 14:54 | Bölmə: Cəmiyyət
19 nəfərdən rüşvət alan bağça müdiri həbs edildi

Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Reyting.az bildirir ki, prosesdə təqsirləndirilən Tərlan Bağırovanın barəsində seçilən polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib.

O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib və həbs olunub.

Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib.

Yasamal rayonunda fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Reyting.az






Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}