17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İtaliyalı nazirin sevgilisinin ayrılığı ölkəni qarışdırdı - Foto
Tarix: 05-11-2018 17:19 | Bölmə: Cəmiyyət
İtaliyalı nazirin sevgilisinin ayrılığı ölkəni qarışdırdı

İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvininin sevgilisi Elisa İsoardi ayrılıqlarını görünməmiş bir şəkildə açıqlayıb.

Reyting.az xəbər verir ki, İsoardi ikilinin yataqda çəkilmiş bir fotosunu Instagrama qoyaraq, "Ayrıldıq" yazıb.

Məlumata görə, İsoardi bu şəkli, bir şeir misrası və "Aramızda yaşanmış olan həqiqi eşqə engin hörmətlə. Sağ olun Matteo" mesajı da yayıb.

Bəzi Instagram istifadəçiləri şəkilin altına yazdıqları şərhlərdə ikilinin ayrılmasından üzüntü duyduqlarını deyərkən, bəziləri isə İsoardiyi foto seçimi səbəbilə tənqid edib.

Digər sosial media şəbəkələrində də sürətlə yayılan fotoşəkil, çox sayda istifadəçi tərəfindən uyğunsuz sayılıb.

İtaliyalı nazirin sevgilisinin ayrılığı ölkəni qarışdırdı

Bəzi istifadəçilər, "seks sonrası şəkli" olaraq şərh etdikləri görüntünün baş nazir müavini və daxili işlər naziri Salvininin təmsil etdiyi təşkilatlara hörmətsizlik təşkil etdiyini iddia edib.

Twitterdəki şərhlərdən bəziləri, "Bu adamın, respublikamızın bir naziri ilə əlaqəsinin bitdiyini, cinsi əlaqə sonrası çəkilən bir selfie ilə sosial mediadan çatdırması sizə normal gəlir ki? Təşkilatlarımız artıq hər şeylərini itirdi: Dəyərlərini, prinsiplərini və indi də ləyaqətlərini ", "Bazar ertəsi səhər Matteo Salvininin çılpaq döşlü, seks öncəsi və sonrası şəkli terrorizmdir" şəklində olub.

Bəzi sosial media istifadəçiləri da İtaliyada xüsusilə son bir həftə ərzində mənfi hava şərtləri səbəbiylə yaşanan insan itkilərini xatırladıb və "Sel sularının altında hələ də cəsədlər var, bunlar gülərək və isti yataqlarından selfie bölüşür. Heç nəyə və heç kimə hörmətləri yox" kimi tənqid ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}