Zabit baş nazirin rezidensiyasında özünü güllələyib
Tarix: 05-11-2018 20:38 | Bölmə: Cəmiyyət
Zabit baş nazirin rezidensiyasında özünü güllələyib

Fransanın hüquq-mühafizə orqanları Respublika qvardiyasının 45 yaşlı zabitinin ölüm səbəbini araşdırmağa başlayıb.

Reyting.az xəbər verir ki, onun meyiti noyabrın 5-də Matinon sarayında - Fransa hökuməti rəhbərinin rəsmi rezidensiyasında aşkar olunub.

“Le Figaro” qəzetinin yazdığına görə, kişinin meyiti yerli vaxtla saat 9:30-da milli jandarmeriyanın müfəttişlərinin yoxlamaya başlamasından sonra tapılıb.

45 yaşlı zabit rezidensiyada video müşahidəyə cavabdeh olub. Onun özünü öldürdüyü ehtimal olunur. Üzərində xidməti silahı olduğundan, müstəntiqlərin fikrincə, kişi özünü güllələyib.

Qeyd etmək lazımdır ki, nə onun özünü öldürdüyü, nə də meytinin aşkarlandığı vaxt baş nazir Eduar Filipp rezidensiyada olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-11-2018, 18:12 Yerevanda atışma