17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Gömrükçülər külli miqdarda brilyant qaş müsadirə ediblər
Tarix: 06-11-2018 10:56 | Bölmə: Cəmiyyət
Gömrükçülər külli miqdarda brilyant qaş müsadirə ediblər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Reyting.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Aqil İsmayılova məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb.

Gömrükçülər külli miqdarda brilyant qaş müsadirə ediblər

Buna görə də sərnişin saxlanılaraq onun əl yükündə təkrar yoxlama aparılıb.Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105 qram təşkil edən brilyant qaşlar aşkar olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}