07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq
Tarix: 06-11-2018 12:32 | Bölmə: Cəmiyyət
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın hərarəti Abşeron yarımadasında gecə 6-9, gündüz 13-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın intensiv olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın hərarəti gecə 5-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və mövsümə uyğun temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}