Bu ölkədə cinayətkarlıq azaldığına görə həbsxanaları bağlayırlar - Fotolar
Tarix: 06-11-2018 18:10 | Bölmə: Cəmiyyət
Bu ölkədə cinayətkarlıq azaldığına görə həbsxanaları bağlayırlar

Niderland həbsxanalarına cəza çəkmək üçün Norveçdən məhbus gətirilir

Niderlandda cinayətkarlığın səviyyəsi o qədər aşağı düşüb ki, ölkənin həbsxanalarına göndərməyə məhkum tapılmır.

Reyting.az xəbər verir ki, indi həmin həbsxanalarda əcnəbilər cəza çəkirlər.

Hollandiya həbsxanalarındakə məhkumlar gündə minimum bir saatı çöldə keçirməlidir. Onlar yaşıl ot örtüyü boyunca gəzişə, voleybol oynaya, yaxud sadəcə kitab oxuya bilərlər.

Bu ölkədə cinayətkarlıq azaldığına görə həbsxanaları bağlayırlar

Hazırda 242 məhkumun saxlandığı “Norqerqaven” həbsxanasının həyəti 3 il əvvəl boşalıb. Öz müddətlərini oturan qanun pozucuları buraxılıblar, yeniləri isə olmayıb.

İslah-əmək müəssisənin boş qalmaması üçün cinayətkarları xaricdən gətirməyə başlayıblar. Norveçdən təxminən 100 təyyarə ilə məhkumlar bu ölkəyə gətirilib.

“Onlarda boş kamera olmayıb, bizdə isə belə kameraların sayı çox idi. Ona görə hökumət bundan niyə istifadə etməməyi qərara alaraq cinayətkarları icarəyə götürüb”, - “Norqerqaven” həbsxanasının keçmiş direktoru Yan Rulof Van Der Spol söyləyib.

Norveçlə müqavilənin müddəti bir ay əvvəl başa çatıb. İndi həbsxanada Niderlandda cinayət törədən hollandiyalılar, eləcə də əcnəbilər otururlar.

Onların dövlət dilini öyrənmələri üçün məktəb yaradıblar.

Bu ölkədə cinayətkarlıq azaldığına görə həbsxanaları bağlayırlar

“Bu sinifdə oxumaq və yazmaq, riyaziyyat biliyini artırmaq və kompüterdə işləmək bacarığını təkmilləşdirmək mümkündür. Bundan əlavə, arzu edən ingilis dilini də öyrənə bilər”, - həbsxananın keçmiş direktoru vurğulayıb.

Məhkumların hər birinin ayrıca kamerası və meydanda, yaxud məşq zalında idmanla məşğul olmaq üçün imkanı var. Yalnız məhəccər buranın sağlamlıq mərkəzi yox, həbsxana olduğunu xatırladır.

Məhkumlar saat 17:00-dan sonra kameradan buraxılmır. Onlar hər gün işləyirlər – məhrəba tikirlər.

“Biz onların hər saatına 76 sent ödəyirik. Onlar bu pulu ödəməklə kameralarında televizora baxa bilərlər. Ərzaq, siqaret sifariş etməyə, yaxud telefon haqqı ödəməyə haqları da var”, - keçmiş direktor qeyd edib.

Bu ölkədə cinayətkarlıq azaldığına görə həbsxanaları bağlayırlar

Nümunəvi davranışa görə cinayətkarlara doğmaları ilə görüşmə razılıq verilir. Lakin bu cür həbsxanaya qayıtmağı arzulayanlar çox deyil.

Ölkədəki residivistlərin sayı 10 faizdən azdır. Hakimlər çox vaxt kiçik cinayət törədənləri cəzalandırmaq əvəzinə, cərimə, yaxud ictimai iş cəzası seçirlər. Həbsxanaya yalnız ciddi reabilitasiyaya ehtiyacı olanlar göndərilirlər ki, normal həyata qayıtsınlar.

Qeyd etmək lazımdır ki, son 10 ildə Niderlandda cinayətkarlığın səviyyəsi yarıbayarı azalıb. Bnun nəzərə alaraq ehtiyac olmadığı səbəbindən həbsxnalarından dörddə biri bağlanıb. Gələn il daha 4 müəssisəni bağlamaq planlaşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}