London polisi Zamirə Hacıyevanın varidatını araşdırır
Tarix: 07-11-2018 10:47 | Bölmə: Cəmiyyət
London polisi Zamirə Hacıyevanın varidatını araşdırır

Xəbər verildiyiz kimi, Britaniya polisi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı Londondakı “Harrods” univermağında 16 milyon funt sterlinq xərclədiyinə görə həbs edib.

Reyting.az bildirir ki, BBC-nin məlumatına görə, Böyük Britaniyanın cinayətkarlıqla mübarizə üzeə milli agentliyi (NCA) tarixində ilk dəfə xarici ölkə vətəndaşından böyük məbləğdə pulun necə əldə edilməsi ilə bağlı izahat tələb edib.

Ötən həftə saxlanıldığı bildirilən Zamirə Hacıyevanın ümumi dəyəri 400 min funt sterlinq olan zərgərlik məmulatları da götürülüb.

London polisi Zamirə Hacıyevanın varidatını araşdırır

Cinayətkarlıqla mübarizə üzrə milli agentliyi 55 yaşlı xanımın Londonda xərclədiyi 15 milyon funt sterlinqi və daşınmaz əmlakı necə əldə etdiyi maraqlandırır.

Qeyd edək ki, Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev talançılığa görə Azərbaycanda 15 il azadlıqdan məhrum edilib.


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}