Fazil Mustafa: “Azərbaycanda tələbənin normal tibb təhsili alması mümkün deyil”
Tarix: 07-11-2018 13:22 | Bölmə: Cəmiyyət
Fazil Mustafa: “Azərbaycanda tələbənin normal tibb təhsili alması mümkün deyil”

Azərbaycanda onkoloji və QİÇS xəstəlikləri 3 dəfə artıb. Bunun səbəbi normal tibb təhsilinin olmaması və keyfiyyətsiz qida məhsulları ilə bağlıdır.

Reyting.az bildirir ki, bunu Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa parlamentdə komitələrində dövlət büdəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun fikrincə, Azərbaycanda lazımi şərait olmadığından tələbənin normal tibb təhsili alması və kadr kimi yetişməsi mümkün deyil: “Bunu etiraf etməliyik. Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir. Ona görə də xaricdə təhsili zəruri edirlər. Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır”.

Fazil Mustafa uşaqların normal qidalanmadan əziyyət çəkdiklərini və bunun nəticəsində normal fizionomiyaya malik olmadıqları probleminə diqqətin ayrılmasını da zəruri hesab edib.

“Biz beynəlxalq olimpiadalarda iştirak edirik, oradakı 400-500 şagird içərisindən çox az qismi normal fizionomiyaya malikdir. Yerdə qalanların fizionomiyasının çox pis olduğunu görürük. Bunun səbəbinin biri orta məktəblərdə idman dərsinin tədrisindəki problemlərlə bağlıdırsa, digər bir hissəsi qidalanma ilə əlaqəlidir. Azərbaycan insanı keyfiyyətsiz qida ilə qidalandığından onların fizionomiyası zəif olur, onkoloji və digər xəstəliklər geniş yayılır. Bu gün ölkədə qida keyfiyyəsizliyi ilə bağlı məsələlər sirr deyil. Bu sahədəki problem aradan qaldırılmalıdır”.

Fazil Mustafa uşaq pullarının və doğuşa görə birdəfəlik müavinətin artırılmasını da təklif edib.

“Bu gün Azərbaycanda 1 milyonadək uşaq var və heç olmasa, 6 yaşadək uşaqlara uşaqpulu verilməsi təmin edilməlidir”, - deputat deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}