07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Daş karxanalarının sahibləri həbs edilib - Açıqlama
Tarix: 07-11-2018 15:21 | Bölmə: Cəmiyyət
Daş karxanalarının sahibləri həbs edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlər nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Reyting.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, başlanmış cinayət işi üzrə nazirliyin mütəxəssisləri cəlb edilməklə Baş İdarənin təcrübəli müstəntiq, əməliyyatçı və mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

“Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda yerləşən “Güzdək”, Bakı şəhərinin Qaradağ rayonundakı “Güzdək, Gülbaxt, Qaradağ-II, Şahqaya və Karvansaray”, Xəzər rayonunda yerləşən “Türkan-I və Türkan-II” və Səbail rayonu ərazisindəki “Şahinbax” mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurublar”, - məluatda qeyd edilir.

İstintaq zamanı 48 sahibkarlıq subyektindən 29-nun “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərmələri də müəyyən olunub.

Aparılan istintaqla sahibkarların istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh müəyyən edilmiş şəxs kimi həmin qaydaları pozmalarının ağır nəticələrə səbəb olmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına, bununla da "Günəş" kooperativinin rəhbəri Xalədin Yarıyevin 337 min manat, fiziki şəxslər Aəfərin Babaxanovun 132 min manat, Oruc Almazovun 103 min manat, Laçın Qazaxovun 100 min manat, Cəlal Əliyevin 74 min manat, Elşən Kazımovun 64 min manat və Tapdıq Qasımovun 44 min manat ətraf mühitə ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə "Günəş" kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin Babaxanov, Oruc Almazov, Laçın Qazaxov Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2, Elşən Kazımov və Tapdıq Qasımov Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2, Cəlal Əliyev isə həmin məcəllənin 192.1 və 247-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Reyting.az






Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}