Yaqub Mahmudov: “Bu millətin nə qədər əlili, ələbaxanı var?”
Tarix: 08-11-2018 12:48 | Bölmə: Cəmiyyət
Yaqub Mahmudov: “Bu millətin nə qədər əlili, ələbaxanı var?”

Qarabağ müharibəsinin nə qədər veteranı var? Axı müharibədə bu qədər adam iştirak etməyib... Elələri var ki, bir dəfə də döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var. Ona görə də bu sahədə islahatlar aparılmalıdır.

Reyting.az bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, millət işləməyə vərdiş etməlidir.

“Bu millətin nə qədər əlili, ələbaxımlısı var? Millət işləməyə vərdiş etməlidir. İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir. Əlildirsə əlillik, zəlildirsə zəlillik - hər şeyə razıdır, təki nəsə qopara bilsin. Bu, millət üçün fəlakətdir. Tutaq ki, bir şəxsin ayağı yoxdursa, ona əlillik təyin etmək doğrudur. Söhbət saxta vasitələrlə əlillik dərəcəsi alanlardan gedir. Bu qədər əlilin, Qarabağ müharibəsi veteranının olması cəmiyyətdə şübhə doğurur” - deputat əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}