16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıdakı xəstəxanada həkimlər zəhərləndi
Tarix: 08-11-2018 13:37 | Bölmə: Cəmiyyət
Bakıdakı xəstəxanada həkimlər zəhərləndi

Bakıda 8 saylı şəhər poliklinikasında zəhərlənmə hadisəsi baş verib.

Reyting.az open.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın sözlərinə görə, poliklinikada qəfil dəm qazı qoxusu hiss edilib.

O deyib ki, poliklinika qazlaşdırılmır: “Ona görə də xəstəxananın bütün həkim heyəti və xəstələr təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda binanın içərisində dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır. Zəhərlənən 7 həkim və bir müsahibi zəhərlənmə diaqnozu ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Onların mədələri yuyulub və artıq evə buraxılıblar".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}