Moskvada qadınları soyan Rövşən Şabanov Azərbaycan polisində işləyib?
Tarix: 08-11-2018 18:49 | Bölmə: Cəmiyyət
Moskvada qadınları soyan Rövşən Şabanov Azərbaycan polisində işləyib?

Moskvanın cənub-qərb dairəsində silsilə quldurluqla məşğul olan əczaçı qadının qatili 27 yaşlı Azərbaycan vətəndaşı Rövşən Şabanovun yaxalanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyti xəbərə görə, hüquq-mühafizə orqanları şübhəlini əczaçı qadını öldürməzdən az əvvəl izləməyə başlayıblar.

Məlumata görə, Rövşən Şabanov Rusiya paytaxtında sentyabr ayından yaşayır. O, yerlilərinə bazarda hambal işləməyə hazırlaşdığını söyləyib. Lakin əslində yoldan keçənlərin talançılığı ilə məşğul olmaq qərarına gəlib. Ağır çantaları olan qadınlara hücum etməklə düşünüb ki, ona ciddi müqavimət göstərə bilməyəcəklər.

Cinayətkar adətən Cənub dairəsinin Kirovqrad və Çertanov küçələri yaxınlığındakı parkda gizlənərək metrodan çıxıb evlərinə gedən qurbanlarını izləyib. Sonra qadınların arxasınca binanın girişinə qədər gedib, içəri girəndən sonra liftdə silahla hədə-qorxu gələrək əllərindən çantaları alıb bütün qiymətli əşyaları götürərək aradan çıxıb.

O, oktyabrın 20 və 21-də iki qadına hücum edib. Oktyabrın 23-də isə hər şey plan üzrə getməyib. Bədbəxt qadın öz əmlakı uğrunda sonacan mübarizə aparıb. Bıçaqdan çəkinməyən qadın cinayətkara müqavimət göstərib. Nəticədə yaralanıb, Rövşən Şabanov əldə etdikləri ilə aradan çıxıb.

Polislər insidentdən sonra onun axtarışına başlayıblar, lakin o həmin vaxt Azərbaycana uçmağa macal tapıb.

Rövşən Şabanov noyabrın 4-də Moskvaya qayıdıb. Qanun keşikçiləri dərhal şübhəlinin yaşadığı güman edilən evə gediblər, ərazini mühasirəyə alıb, onun peyda olacağı anı gözləyiblər. Amma təəssüf ki, cinayətkar ehtiyatlı olmağa qərar verib və yaşayış yerini dəyişib.

O, noyabrın 5-də iki qadını qarət edib, ayın 6-da 51 yaşlı əczaçını izləyib və arxasınca Znamenskie Sadki küçəsindəki evinə qədər gedib. Qadın nəsə baş verdiyindən şübhələnib və binanın girişində dayanıb. Lakin cani bundan sarsılmayaraq hansısa uşağın arxasınca binaya daxil olub. Həmin oğlan 3-cü mərtəbədə yaşadığından liftlə yox, pilləkənlə qalxmağa üstünlük verib. Cinayətkar həmin an öz qurbanını gözləyib. Qadın bir müddət sonra binaya daxil olub liftin düyməsini basıb. Həmin an quldur peyda olub, ona sonuncu mərtəbəyə çıxmaq lazım olduğunu deyərək qadınla birgə liftə daxil olub. Hücum qadının yaşadığı 13-cü mərtəbədə baş verib. Azərbaycanləı əclaf 10-dan çox bıçaq zərbəsi vurub.

Maraqlıdır ki, əczaçı liftin dispetçerinin düyməsini basa bilib. Xidmətin əməkdaşı qışqırtını və liftdə mübarizə getdiyini eşidib. Lakin buna olduqca özünəməxsus reaksiya verib. Müstəntiqlər növbətçi xidmət əməkdaşının davranışında səhlənkarlıq olub-olmadığını da araşdıracaqlar. Çünki əczaçı qan içərisində qışqırıb: “Kömək edin! Sən nə edirsən? Hər şeyi götür!”, - bundan sonra ölümqabağı xırıltısı gəlib. Bu an xidmətçi qadın həqiqətən polis çağırılmasının lazım olub-olmadığını soruşub. Sonra isə cavab verilmədiyindən polis çağırmağa ehtiyac olmadığını düşünüb.

Rövşən Şabanov qadınla liftlə 9 dəqiqə çarpışıb, onu öldürəndən sonra meyit liftdə aşağı düşüb və sakitcə çıxıb gedib.

Cəzasız qalacağını düşünən Rövşən Şabanov noyabrın 8-də yeni qarətini reallaşdırıb və bu zaman yaxalanıb.

Polis görəndə qışqırmağa başlayıb: “Azərbaycan polisi!”.

Rövşən Şabanov saxlanılanda deyib ki, vətənində daxili işlər orqanlarında işləyib. Onun hazırda 7 cinayət törətdiyi məlumdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}