17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Meymun yeni doğulan körpəni öldürüb
Tarix: 14-11-2018 19:16 | Bölmə: Cəmiyyət
Meymun yeni doğulan körpəni öldürüb

Hindistanın şimalında meymun körpəni anasının əlindən oğurlayıb və onu evlərdən birinin damına çıxarıb, bu uşağın ölümünə səbəb olub.

Reyting.az xarici mediaya istinadən bildirir ki, meymun ana yeni doğulan oğlunu yedizdirəndə evə girərək körpəni qadının əlindən alıb.

“Nexa nə baş verdiyini anlamağa macal tapmayıb, meymun artıq bizim oğlumuzu oğurlamışdı. Mən iz ilə qaçdım, meymun oğlumu qonşu evin damında buraxıb getmişdi, lakin artıq gec idi. Aruş qan içindəydi, onun nəbzi də vurmurdu”, - uşağın atası deyib.

Valideynləri körpğni xəstəxanaya aparanda həkimlər onun öldüyünü söyləyiblər. Yerli polisinin nümayəndəsi deyib ki, meymun yeni doğulan uşağa kəllə və beynindən ağır zərbələr vurub.

Yerli sakinlərin sözlərinə görə, bundan 15 dəqiqə əvvəl həmin meymun 14 yaşlı qıza hücum edib. Qız yüngül yaralarla meymunun əlindən xilas ola bilib.

Polisdən verilən məlumata görə, iki ay əvvəl həmin yaşayış məntəqəsində meymunun hücumundan yeni doğulan körpə yaralanıb və hazırda xəstəxanada müalicə olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}