17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İş yoldaşlarının yeməyinə zəhər qatan kişi saxlanıldı
Tarix: 16-11-2018 19:14 | Bölmə: Cəmiyyət
İş yoldaşlarının yeməyinə zəhər qatan kişi saxlanıldı

Almaniyada çox sayda insanı zəhərləyən şəxsin məhkəmə prosesi başlayıb.

Reyting.az xəbər verir ki, 57 yaşlı Klaus O. üç il dalbadal öz həmkarlarının yeməyinə zəhər əlavə edib və onların halının necə pisləşməsini izləyib.

Onun işlədiyi zavodun administrasiyası şübhələnərək müşahidə kamerası quraşdırılıb.

Videoyazıdan aydın olub ki, kişi həqiqətən əməkdaşların yeməklərinə yüksək zəhərləyici maddələr atıb.

Bundan sonra polis zavodun işçilərinin xəstələnməsi, yaxud ölməsi ilə bağlı bütün baş verənləri ətraflı araşdırıb və 21 şübhəli insident müəyyənləşdirilib.

Nəticədə işçilərdən birində ağır böyrək çatışmazlığı inkişaf edib, digəri artıq neçə ildir komadadır.

İttiham olunan bu müəssisədə 38 il işləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}