Şəmkirdə Gəncədən olan dələduz saxlanılıb
Tarix: 17-11-2018 14:28 | Bölmə: Cəmiyyət
Şəmkirdə Gəncədən olan dələduz saxlanılıb

Şəmkir rayonu ərazisində dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinini polis əməkdaşları saxlayıb.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini M.Abbasovun bank hesabından 200 manatını çıxararaq oğurlamaqda, həmçinin rayon sakinləri olan 2 qadını aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini Əli Əzizov olduğu müəyyənləşdirilib.

Polis əməkdaşları Əli Əzizovun törətdiyi digər analoji əməllərin də üstünü açıblar. Onun bu il oktyabr ayının 21-dən noyabr ayının 5-dək olan müddətdə şəhər sakinləri olan daha 2 qadını aldadaraq bank hesablarındakı 340 manatı kart vasitəsilə çıxardığı da müəyyən edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}