16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sumqayıtda beş avtomobildən oğurluq edənlər saxlanılıb
Tarix: 17-11-2018 14:57 | Bölmə: Cəmiyyət
Sumqayıtda beş avtomobildən oğurluq edənlər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda şəhər ərazisində “Volkswagen”, “Toyota”, “KİA”, “Opel” və “Nissan” markalı 5 avtomobildən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Duduyev saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Ələkbərovun ətrafında Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları apardığı əməliyyat tədbirləri nəticəsində isə onun şəhər ərazisində daha 4 avtomobildən məişət əşyaları və akkumulyator oğurlaması da müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}