Mənzildə yaşlı kişinin meyiti tapıldı
Tarix: 18-11-2018 18:06 | Bölmə: Cəmiyyət
Mənzildə yaşlı kişinin meyiti tapıldı

Bakının Yasamal rayonunda mənzildə cəsəd aşkarlanıb.

Reyting.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 64 yaşlı Saleh Hacıbəyovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}