Polis jurnalistin qətlini təşkil edənləri müəyyənləşdirib
Tarix: 18-11-2018 18:48 | Bölmə: Cəmiyyət
Polis jurnalistin qətlini təşkil edənləri müəyyənləşdirib

Malta polisi jurnalist Dafna Karuana Qalitsiyanı 2017-ci ilin oktyabr ayında öldürülməsinin təşkilatçısının müəyyənləşdirildiyini açıqlayıb.

Reyting.az bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, yüksək vəzifəli zabitlər avtomobilə bombanın yerləşdirilməsi ilə bağlı araşdırmanın demək olar başa çatdığını söyləyiblər.

Digər məlumata görə, əsas şübhəlilər də artıq bəllidir. Müstəntiqlərin fikrincə, onların qətllə bağlı müxtəlif motivləri olsa da, bombanı yeləşdirib işə salan 3 kişini saxlamaq üçün birləşiblər.

Şübhəli təşkilatçı ilə bağlı heç bir məlumat açıqlanmır.

Xatırladaq ki, oktyabrın 16-da avtomobildəki partlayış nəticəsində Panama Papers layihəsi çərçivəsində korrupsiya cinayətlərini araşdıran jurnalist Dafna Karuana Qalisiya ölüb.

Sonradan Culian Assanc jurnalistin maşınını partladanla bağlı məlumata görə 20 min avro ödəyəcəyini vəd edib.

Jurnalistin populyar bloqu olub və orada yüksək vəzifəli siyasətçilərin korrupsiya faktlarından yazıb. O, eyni zamanda baş nazir Cozef Muskata və onun həyat yoldaşını da korrupsiyada ittiham edirdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}