23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bakıda iki qardaşı öldürməyə cəhd edilib
Tarix: 19-11-2018 13:05 | Bölmə: Cəmiyyət
Bakıda iki qardaşı öldürməyə cəhd edilib

Noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısında orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sərvər Quliyevin vəziyyəti orta-ağırdır, Anar Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılıb, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülüb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}