17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Gəncədə dördmərtəbəli binada partlayış olub – Ölən və yaralılar var - Yenilənib - 1
Tarix: 20-11-2018 08:33 | Bölmə: Cəmiyyət
Gəncədə dördmərtəbəli binada partlayış olub – Ölən və yaralılar var

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

Reyting.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

"Report" xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

****

“Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışda dağıntılar arasında qalanlardan bir nəfərin meyiti çıxarılıb”.

Reyting.az-ın xəbərinə görə, bu barədə Modern.az-a Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov bildirib.

Hazırda hadisə yerində olan H. Məmmədov daha bir neçə nəfərin dağıntılar altında qaldığını ehtimal edir:

“Xilasetmə işləri davam edir. Bir ailənin iki üzvü - ana və onun hərbçi oğlunun dağıntılar altında qaldığı bildirilir. Hazırda onların axtarışları gedir”.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Əlavə məlumat veriləcək.

****
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.

Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilmişdir. Əlavə məlumat veriləcək.

***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

Məlumat görə, dağıntılar altından 50 yaşlı qadın və onun 25 yaşlı oğlunun meyiti çıxarılıb. Qadının orta məktəb müəllimi olduğu bildirilir.

Axtrışlar davam etdirilir.


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}