14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qar yağacaq, güclü külək əsəcək, havanın hərarəti aşağı enəcək - Xəbərdarlıq
Tarix: 20-11-2018 11:31 | Bölmə: Cəmiyyət
Qar yağacaq, güclü külək əsəcək, havanın hərarəti aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Reyting.az-a nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın hərarəti ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}