16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib - Açıqlama
Tarix: 20-11-2018 18:33 | Bölmə: Cəmiyyət
Azərbaycanda narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib

2018-ci ilin 9 ayında narkotiklərlə əlaqədar cinayətlər törədən 67 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib, 117,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Reyting.az bildirir ki, bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov noyabrın 20-də Daxili İşlər Nazirliyində "Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verib.

Azərbaycanda narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib

Onun sözlərinə görə, qanunsuz dövriyyədən 960 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, habelə 3 kiloqramdan çox sintetik tərkibli psixoaktiv maddələr çıxarılıb. Narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərlə 132 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}