"Azərişıq”ın əməkdaşları qəzaya düşdü: Ölən və yaralılar var - Fotolar
Tarix: 21-11-2018 22:37 | Bölmə: Cəmiyyət
"Azərişıq”ın əməkdaşları qəzaya düşdü: Ölən və yaralılar var

Xudat-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Xaçmaz rayon Xudat qəsəbə sakini Ehtimal Bəxtiyar oğlu Əzizov dünyasını dəyişib.

Digər 2 nəfər - Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Yaralı şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, sərnişin və sürücünün vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, "Lada Priora”nın sürücüsü və avtomobildə olan sərnişinlər "Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.(Qafqazinfo)

"Azərişıq”ın əməkdaşları qəzaya düşdü: Ölən və yaralılar var"Azərişıq”ın əməkdaşları qəzaya düşdü: Ölən və yaralılar var"Azərişıq”ın əməkdaşları qəzaya düşdü: Ölən və yaralılar var




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}