16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyada azərbaycanlı iş adamı güllələnib
Tarix: 22-11-2018 12:07 | Bölmə: Cəmiyyət
Rusiyada azərbaycanlı iş adamı güllələnib

Moskva ətrafındakı Vidnada naməlum şəxslər iş adamı Toğrul Tağıyevi güllələyiblər.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, biznesmen 3 güllə yarası ilə noyabrın 21-də çoxmərtəbəli binanın həyətində öz avtomobilində aşkar olunub.

Onu xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyiblər.

Məlumata görə, güllələnən biznesmeni qardaşı aşkar edib. O, üzündən və ayağından yaralanan Toğrul Tağıyevi qohumları ilə xəstəxanaya aparıb.

Bundan əvvəl də biznesmenin həyatına sui-qəsd edildiyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}