Azərbaycanda terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkə üzvləri tutuldu - Fotolar
Tarix: 22-11-2018 17:24 | Bölmə: Cəmiyyət
Azərbaycanda terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkə üzvləri tutuldu

Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatının terror təşkilatı kimi tanıdığı dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədənlərin gizli maliyyələşdirilməsi təsbit edilib.

Azərbaycanda terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkə üzvləri tutuldu

Reyting.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

Azərbaycanda terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkə üzvləri tutuldu

Müəyyən edilib ki, Azərbaycan vətəndaşları İlqar Ərşad oğlu Ağayev, Sahil Fəhrad oğlu İbrahimov, Namiq Natiq oğlu Məmmədov və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 min dollardan çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.

Azərbaycanda terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkə üzvləri tutuldu

Adları çəkilən şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}