Gürcüstanda azərbaycanlı kişini vəhşicəsinə öldürüb meşəyə atdılar
Tarix: 23-11-2018 13:08 | Bölmə: Cəmiyyət
Gürcüstanda azərbaycanlı kişini vəhşicəsinə öldürüb meşəyə atdılar

Bolnisi rayonunun Kveşi kəndi yaxınlığındakı meşəlik ərazidə yaşı 70-ə qədər olan kişi meyiti tapılıb

Reyting.az Gürcüstan mediasına istinadən bildirir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı ilkin məlumata görə, yaşlı kişini bir neçə gün əvvəl öz evində öldürülüb, sonra meyiti meşəyə gətirilib.

Onun meyitini noyabrın 25-nə keçən gecə çoban aşkar edib.

“Rustavi 2” telekanalının məlumatına görə, öldürülən kişi yarıçılpaq olub, boğazına isə ip sarıyıblar. Bundan əlavə, öldürülənin gözləri də çıxarılıb. Lakin Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edir.

Qonşuları jurnalistlərə deyiblər ki, kişi artıq neçə ildir tək yaşayır – ailə üzvləri pul qazanmaq üçün Rusiyaya gedib. Onların sözlərinə görə, kişinin yerli sakinlərdən heç kimlə münaqişəsi olmayıb.

“Adamı öldürüblər, polis araşdırma aparır. Yəqin ki, tezliklə dəqiq informasiya alacağıq. Lakin deyirlər ki, əvvəlcə evdə öldürüb boğaına ip sarıyıblar, sonra meşəyə atıblar. Mən bunun hansı səbəbdən baş verdiyini bilmirəm. Onun heç kimlə münaqişəsi olmayıb. Bu dəhşətli faktdır... Günahkar mütləq cəzalandırılmalıdır”, - yerli sakin İlyas Alşanov “Rustavi 2”nin jurnalistlərinə söyləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}