Rusiyadan külli miqdarda dərman gətirilməsinin qarşısı alındı
Tarix: 23-11-2018 16:09 | Bölmə: Cəmiyyət
Rusiyadan külli miqdarda dərman gətirilməsinin qarşısı alındı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi “BMW 528” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Reyting.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumatına görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön panelinin altından və arxa oturacağının arxa hissəsində yerləşən örtüyün altından - 105 ampula “Vеrаpаmil”, 25 flakon “Qonnadotropin xorioniçeskiy”, 5 flakon “İntesti-bakteriofaq”, 3 flakon “Neuleptil”, 5 ədəd sprey “Oktenisept”, 90 kapsul “Omeqa 3-6-9”, 120 kapsul “Karnozin”, 500 həb “Kortef”, 5 ədəd “Primadofilus”, 10 flakon “Etoksisklerol”, 200 həb “Ketosteril” , 56 paket “Diviqel”, 200 həb “Teralidjen valenta”, 100 həb, “Macmiror”, 100 həb “Noopept”, 14 həb “Sumatriptan”, 20 həb “Amiksin”, 60 həb “ Pronoran”, 100 həb “Naltrekson”, 30 həb “Reksetin”, 4 flakon “Bakteriofaq”, 2 flakon “Karipazim”, 25 həb “Zoviraks”, 60 həb “Orlit”, 3 ədəd “Elokom losyon”, 1 ədəd “Mikospor nabor”, 30 həb “Komplivit”, 1 ədəd “Oflomil”, 2 ədəd krem “Libre derm”, 1 ədəd sprey “Mezolux”, 8 həb “Miqrenol”, 3 ədəd “Salofalk” markalı dərman vasitələri və 38 ədəd dərman vasitələri üçün plastik qablar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}