Təhsil Nazirliyi: Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılır
Tarix: 30-11-2018 16:24 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi: Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Trend-ə bildiriblər. Məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu dekabrın 1-2-də müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləridir.

Aparılan təkmilləşdirmə işlərində əsas məqsəd sənədlərə baxılması prosesinin sürətləndirilməsi, vətəndaşlarla əks əlaqənin gücləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}