Bakıdakı dəhşətli qəzada 3 nəfər ölüb
Tarix: 03-12-2018 10:02 | Bölmə: Cəmiyyət
Bakıdakı dəhşətli qəzada 3 nəfər ölüb

Qala-Pirallahı yolunun 14-cü kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.

Reyting.az xəbər verir ki, Namiq Zülfüqarovun idarə etdiyi “Chevrolet” markalı, 90 RR 974 dövlət nömrə nişanlı avtomobil "Kamaz"la toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri – Tərlan Cəlilov, Şahin Qarayev və Anar Qarayev hadisə yerində ölüblər.

Digər sərnişin Emin Qəribov xəstəxanaya yerləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}