Rusiyada azərbaycanlılar arasında atışmanın təfərrüatı AÇIQLANIB
Tarix: 03-12-2018 19:16 | Bölmə: Cəmiyyət
Rusiyada azərbaycanlılar arasında atışmanın təfərrüatı AÇIQLANIB

Yamalo-Nenets muxtar mdairəsinin Nadım şəhərindəki atışmada qohumu öldürülən Yalçın Məmmədov özünün və qardaşının ağır yaralndığı davanın səbəbini açıqlayıb.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, onun sözlərinə görə, atəşi yerli etnik mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri olan Axundov soyadlı iki qardaş açıb.

Buna səbəb isə, Yalçının sözlərinə görə, yaralananların ailəsinin onlara xərac ödəməkdən imtina etməsi olub.

O əlavə edib ki, hər şey şəhərdə kriminal qruplaşma üzvləri kimi tanınan Axundov qardaşlarının onu görüşə çağırması ilə başlayıb.

“Onlar 4 nəfər gəlmişdilər – Axundov qardaşları – Camal və Qaraş, onların mühafizəçiləri. “Toyota Lend Kruizer” avtomobilindən düşdülər, söhbət olmadı, onlar dərhal silah çıxararaq atəş açmağa başladılar. Sərrast atırdılar”, - bunu söyləyən Yalçın əlavə edib ki, onun və qardaşı görüşə silahsız gedib.

Yalçın iddia edir ki, qruplaşma şəhərdəki iş adamlarından 2000-ci illərin əvvəllərindən xərac toplayır cə polisdən də qorxmurlar.

“Biz yoxsul ailə hesab olunmuruq, ancaq iki il əvvəl onlara pul verməkdən imtina etdik. Mən dedim ki, bu qanunsuzdur. Şəhərdə artıq söhbət gedir ki, qruplaşmanın rəhbəri əgər kimsə bu günahı üzərinə götürsə, cəzadan yayınması mümkün olacaq, daha doğrusu, deyəcək ki, o atəş açmayıb”, - Məmmədov deyib.

O qeyd edib ki, məşqçidir, uşaqlarla məşğul olur və həyatında əlinə silah götürməyib.

Xəbər verildiyi kimi, insident dekabrın 1-də qeydə alınıb. Atışmada Azərbaycandan olanların atışdığı bildirilir. İştirakçılardan biri ölüb, ikisi ağır yaralanaraq reanimasiyaya yerləşdirilib.

Öldürülən Aqşin Həsənovun münaqişə edən mütəşəkkil cinayətkar qruplaşmalardan birinin lideri olduğu bildirilir. Sərbəst güləş üzrə iki məşqçi Yalçın və Mais Məmmədovlar isə yaralanıblar.

Atışmada şübhəli bilinənlərdən birinin saxlanıldığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}