Azərbaycanda cərrah ürəktutmasından öldü
Tarix: 04-12-2018 12:39 | Bölmə: Cəmiyyət
Azərbaycanda cərrah ürəktutmasından öldü

Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın həkim-cərrahı, 61 yaşlı Adnan İsmayılov dekabrın 4-də dünyasını dəyişib.

Reyting.az report-a istinadla bildirir ki, o, işə getdikdən bir müddət sonra otağında qəflətən halı pisləşib. Dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Adnan İsmayılovun ürəyində yaranan problem səbəbindən öldüyü bildirilir.

Məlumata görə, Adnan İsmayılov 20 ildən çoxdur həkim-cərrah kimi fəaliyyət göstərib. O, bir müddət Abbas Səhhət adına 1 saylı Xəstəxananın Cərrahiyyə şöbəsinin baş həkimi də işləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}