16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanda hərbi təyyarə qəzası: Pilotlar öldü
Tarix: 04-12-2018 13:41 | Bölmə: Cəmiyyət
Ermənistanda hərbi təyyarə qəzası: Pilotlar öldü

Ermənistanın Müdafiə Nazirliyi əlaqə kəsilən Su-25 qırıcı təyyarəsinin ekipajının ölməsi haqda açıqlama yayıb.

Reyting.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin mətbuat katibi Artsun Ovannisyan özünün Facebook səhifəsində yazıb.

Onun bildirdiyinə görə, qırıcı təyyarə Şirak vilayətinin Maralika rayonunda qəzaya uğrayıb. Nəticədə Su-25-in pilotları podpolkovnik Armen Babayan və mayor Movses Manukyan ölüblər.

Gümrüdəki hava limanından təlim-məşq uçuşunu yerinə yetirmək üçün havaya qalxan Su-25-lə əlaqə az sonra kəsilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}