16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
800-ə yaxın namizəd məktəb direktoru olmaq istəyir
Tarix: 04-12-2018 16:12 | Bölmə: Cəmiyyət
800-ə yaxın namizəd məktəb direktoru olmaq istəyir

Azərbaycanın orta məktəblərində direktor vəzifəsinə işə qəbul üçün müsabiqəyə çıxarılan vakant yerlərin sayı artırılıb.

Reyting.az bildirir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.

Onun sözlərinə görə, dekabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək: “Bu mərhələdə 800-ə yaxın namizədin iştirakı gözlənilir. Vakant yerlərin böyük hissəsi regionların, xüsusilə də kənd məktəblərinin payına düşür. Ölkə üzrə vakant yerlərin çoxu cənub zonasını əhatə edir”.

Eşqin Bağırov müsabiqənin ilkin mərhələsində vakant yerlərin sayının 700 olduğunu bildirib: “Keçən bir ay ərzində əlavə vakant yerlər də yaranıb. Ona görə də vakant yerlərin sayını təxminən 750-ə qədər artırmışıq”.

Şöbə müdirinin dediyinə görə, vakant yerlərin yaranma səbəbləri müxtəlifdir: “Bəzi direktorlar dövlət qurumunda vəzifədə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxıblar, bəziləri isə müəyyən nöqsanlara görə vəzifədən azad olunublar. Onların yerlərinə təyinat üçün vakant yerlər müəyyən olunub. Bundan başqa, 150 nəfərə yaxın direktorla yaş həddi tamam olduğuna görə müqavilənin müddəti uzadılıb. Bir faktı da qeyd edim ki, nöqsanlara görə işdən çıxarılan direktorların sayı kütləvi deyil. Öz ərizəsi ilə işdən çıxan direktorların da yeri vakant olan yerlər sırasındadır”.

O qeyd edib ki, müsabiqə mərhələsində paytaxt məktəbləri üçün tələb olunan 60 faizlik keçid balını toplayan namizədlərin sayı 19 nəfərdir: “Bakı şəhəri üzrə 13 vakant yerin olduğunu nəzərə alsaq, hesab edirik ki, bu say kifayət edəcək. Direktor olmaq istəyən namizədlər arasında əsasən gənc kadrlar üstünlük təşkil edir. Eyni zamanda, orta yaşlı şəxslər də namizədlər arasında yer alıb. Yaşı çox olanlar isə azdır”.

O qeyd edib ki, müsahibə mərhələsi yanvarın 17-nə qədər davam edəcək: “Müsahibə mərhələsini uğurla keçən şəxslər fevral ayından işlərinin icrasına başlayacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}