Kök qadın qarnı ilə sevgilisini boğub öldürdü
Tarix: 05-12-2018 12:23 | Bölmə: Cəmiyyət
Kök qadın qarnı ilə sevgilisini boğub öldürdü

Amerikalı Vindi Tomas sevgilisini qarnı ilə boğmaqda günahkar olduğunu etiraf edib.

Reyting.az xarivi mediaya istinadən bildirir ki, iş üzrə dinləmə Pensilvaniyanın Eri dairə məhkəməsində keçirilib.

133 kiloqram çəkisi olan 44 yaşlı Tomas mart ayında birgə yaşadığı Kino Batleromla mübahisə edib. Qadın stolun üstündən götürdüyü qaşıqla kişini vurub və açılıb-bağlanan bıçaqla onun əlini kəsib, sonra isə onun üstünə uzanaraq 57 kiloqramlıq Batlerin üzünü qarnı ilə örtüb. O, qadının altından çıxa bilməyərək boğulub.

Tomasın vəkili Mark del Duka iddia edir ki, onun müdafiə etdiyi şəxs kişini qəsdən öldürməyib. Onun sözlərinə görə, qadın çox içdiyindən Batlerin üzərinə düşəndə huşsuz olub. Amerikalı özünə gələndə nə etdiyini başa düşüb və yubanmadan poilis çağırıb. Prokuror bu versiyanı qəbul etməyərək söyləyib ki, kişinin başında çoxsaylı qaşıq zərbəsinin izlərini aşkar edib və bu Tomasın sevgilisinə zərər vurmaq istəyini sübut edir.

Hakim Tomasa üçüncü dərəcəli ölümdə günahkar elan edib. Onu 18 ildən 36 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yekun hökm dekabrın sonunda elan ediləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}