Azərbaycanda sifarişli qətı törədən killer Moskvada saxlanıldı
Tarix: 05-12-2018 12:45 | Bölmə: Cəmiyyət
Azərbaycanda sifarişli qətı törədən killer Moskvada saxlanıldı

Azərbaycanda sifarişli qətl törədən killer İlya Şabanov Moskvanın cənub-qərbində saxlanılıb.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Şabanov 2012-ci ildə biznesmen Rauf Həsənov öldürüləndən sonra beynəlxalq axtarışa verilib.

Biznesmenin meyiti 2010-cu ilin may ayında Xızı rayonu ərazisində aşkar olunmuşdu.

İstintaq məlumatına görə, 2009-cu ilin oktyabr ayında Bakı sakini Rauf Həsənov evdən “Nissan-Teana” avtomobili ilə gedib və qayıtmayıb. Noyabrın 5-də avtomobil yanmış vəziyyətdə Quba rayonu ərazisində açkar olunub. Həsənovun meyiti isə may ayında su təmizləyici kollektorda tapılıb.

İstintaq müəyyən edib ki, qətldə iştirak edən “Ayna” nəşrlər evinin rəhbəri Fərhad Süleymanov olub. O, 2010-cu ildə Heydər Əliyev adına hava limanından ölkədən uçub getməyə cəhd edəndə saxlanılıb. Axtarışdan sonra onun bağ evində İtaliyaistehsalı olan tapança və onun 8 gülləsi götürülüb.

İstintaq hərəkətləri zamanı Süleymanov deyib ki, öldürülən Həsənovla və Moskvada yaşayan Mustafa Aslanov arasında birgə işə görə 5 milyon dollarlıq mübahisə düşüb. Aslanov keçmiş tərəfdaşını öldürmək qərarına gəlib və bunun üçün öz tanışı İlya Şabanovu Azərbaycana göndərib.

Şabanov 2009-cu il oktyabrın 31-də Həsənov və Süleymanovla Nərimanov rayonunda görüşüb, onu Goradildəki baş evinə gətirərək orada güllələyib. İzi itirmək məqsədilə qatillər meyiti Samur-Abşeron kanalına atıblar. Bundan sonra Süleymanov avtomobili Qubaya apararaq yandırıb.

Hazırda Şabanovun Azərbaycana ekstradasiyası məsələsi həll olunur. Süleymanov 2012-ci ildə məhkəmənin hökmü ilə 14 il azadlıqdan məhrum olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-12-2018, 12:20 Sabah hava çiskinli olacaq
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq