Mətbuat Şurası jurnalistin hədələnməsi ilə bağlı baş prokurora müraciət edib
Tarix: 05-12-2018 16:13 | Bölmə: Cəmiyyət
Mətbuat Şurası jurnalistin hədələnməsi ilə bağlı baş prokurora müraciət edib

Mətbuat Şurası “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovu Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslərin izlənməsi ilə bağlı Azərbaycanın baş prokuroru Zakir Qaralova və Ukraynanın Azərbaycandakı səfirliyinə məktub ünvanlayıb.

Reyting.az-a verilən məlumata görə, məktubda bildirilir ki, agentliyin əməkdaşı Mübariz Aslanovu 2018-ci il noyabrın 20-də Kiyevdə naməlum şəxslər izləyib, silahlı hədəyə məruz qalıb, jurnalistin fotosu çəkilib.

"Agentliyin əməkdaşı bununla bağlı Ukrayna polisinin “102” xidmətinə və Azərbaycan Daxili İşlər Nazirliyinin Azərbaycanın Ukraynadakı səfirliyində olan nümayəndəsinə rəsmi məlumat verib. Müraciətdə jurnalist M.Aslanovun növbəti günlərdə də izlənildiyi, naməlum şəxs təfindən şəklinin çəkildiyi bildirilib. Sənəddə qeyd olunanlarla bağlı Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər Peçerskiy rayon polisinə müraciət olunduğu, polisdə Ukrayna Cinayət Məcəlləsinin 129-cu (ölümlə hədələnmə) maddəsi ilə cinayət işinin başlandığı vurğulanıb".

Hazırda həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyinin xatırladıldığı müraciətdə həmçinin “Report” İnformasiya Agentliyinin əməkdaşı M.Aslanovun uzun müddətdir Ukraynada bu ölkənin ictimai-siyasi həyatı və Azərbaycan diasporu barədə diqqət çəkən materiallarla çıxış etdiyi, indiyədək belə xoşagəlməz halla üzləşmədiyi bildirilib.

Müraciətdə Azərbaycanın Baş Prokurorluğunun, həm də Urkaynanın Azərbaycandakı səfirliyinin məsələyə həssas yanaşacağına, jurnalistlə bağlı yaranmış durumu nəzarətə götürəcəyinə, müvafiq tədbirlərin görülməsinə yaxından köməklik göstəriləcəyinə əminlik də ifadə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}