Bu ölkədə böhrana görə ölüləri dəfn edə bilmirlər
Tarix: 06-12-2018 19:30 | Bölmə: Cəmiyyət
Bu ölkədə böhrana görə ölüləri dəfn edə bilmirlər

Venesueladakı böhran meyitxanalara və qəbiristanlıqlara da gəlib çatıb – zəngin neft yataqlarına baxmayaraq, ölkədə ölülərin kremasiyası üçün qaz çatışmır.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu səbəbdən ölənlərin qohumları bir həftədən çoz yanacaq gətirilməsini gözləyir.

Ancaq bundan da yalnız varlılar yararlana bilirlər, ölənin bir gün meyitxanada saxlanılması isə minimum aylıq əmək haqqından çox qiymətə başa gəlir.

Öləni adi qəbirlərdə dəfn edilməsi də problemdir - mərasim üçün ağac və metal çatışmır. Ona görə yoxsul sakinlər qohumlarını qardaşlıq məzarlarında basdırırlar.

Xatırladaq ki, sosialist Venesuelası artıq 5 ildir uzanan böhrandan əziyyət çəkir. Əvvəllər vətəndaşlar ərzaq və dava-dərman qıtlığı ilə üzləşmişdi.

Beynəlxalq Valyuta Fondu Venesuelada inflyasiyanın səviyyəsini ilin sonuna qədər milyon faizə qədər proqnozlaşdırıb.

Bundan əlavə, bu ilin avqust ayında Venesuela paytaxtında əsl nəqliyyat kollapsı yaranıb: şəhərə elektrik enerjisinin verilməsindəki fasilələr səbəbindən iki milyon əhalisi olan Karakasda metro işini dayandırmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-12-2018, 12:20 Sabah hava çiskinli olacaq
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq