İşdən çıxarılan komitə sədrini federasiyadan da qovublar - Fotolar
Tarix: 08-12-2018 21:36 | Bölmə: Cəmiyyət
İşdən çıxarılan komitə sədrini federasiyadan da qovublar

Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları və federasiya üzvləri iştirak ediblər.

Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədovun fəaliyyəti müzakirə olunub.

İclasda muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edib. O, 2013-cü il dekabrın 7-də Atıcılıq Mərkəzinin istifadəyə verildiyini, Mərkəzdə inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazinin yaradıldığını xatırladıb.

İşdən çıxarılan komitə sədrini federasiyadan da qovublar

Qeyd olunub ki, Atıcılıq Mərkəzinin açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən atıcılıq üzrə yığma komandanın formalaşdırılması və ölkə miqyaslı, eləcə də beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, federasiyaya üzvlərin qəbul olunması və Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində Azərbaycan və beynəlxalq səviyyəli yarışların keçirilməsi barədə tapşırıqlar verilib. Lakin Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası il ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyib, keçirilən muxtar respublika yarışları isə keyfiyyət və təşkilatçılıq baxımından aşağı səviyyədə olub. Bu gün federasiyada fərqlənən idmançı və məşqçi-müəllimlər yox dərəcəsindədir. Eyni zamanda, məşqçi-müəllim və idmançıların olmaması federasiyanın muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etməməsinə səbəb olub.

İşini günün tələblərinə uyğun qurmayan federasiyanın yarıtmaz fəaliyyətinin nəticəsi olaraq federasiya sədri Asəf Məmmədov vəzifəsindən azad edilib.

İşdən çıxarılan komitə sədrini federasiyadan da qovublar

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzində avadanlığın qorunması, onlardan günün tələblərinə uyğun olaraq istifadə edilməsi, işin düzgün qurulması kimi bir sıra məsələlərə nəzarət federasiyanın üzvü Canməmməd Canməmmədova tapşırılıb.

Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Gömrük Komitəsinin sədri postundan çıxarılan gömrük general-leytenantı Asəf Məmmədov 2004-cü ilin yanvarından həmin vəzifədə işləyirdi.

Qeyd edək ki, A. Məmmədov noyabrın 27-də Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

İşdən çıxarılan komitə sədrini federasiyadan da qovublar




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}