07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ramzan Kadırov məmurları arıqlamağa məcbur etdi
Tarix: 10-12-2018 19:41 | Bölmə: Cəmiyyət
Ramzan Kadırov məmurları arıqlamağa məcbur etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov güc strukturlarının əməkdaşları və məmurlar arsında çəkisi çox olanlara müharibə elan edib.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, indi hamı liderin nümunəsindən ruhlanaraq eyni zalda idmanla məşğul olur.

Kadırov öz bacısı oğlu, Yol Polisi İdarəsinin rəisi İdris Çerxiqova bir ay vaxt verib və respublika rəhbərinin qohumu xüsusi səylə bir neçə kiloqram arıqlayıb.

“Mən bizim yol polisi idarəsinin rəisinin neçə kiloqram atdığını deyə bilmərəm. Ancaq görünən budur ki, o, özü üzərində xüsusi səylə çalışır. Son ayda bir neçə kiloqramın getdiyi dəqiqdir. Eyni şeyi mən onun müfəttişləri haqda dadeyə bilərəm”, - respublikanın xarici əlaqələr üzrə naziri Cambulat Umarov söyləyib.

Bundan əvvəl Kadırov özünün Instagram səhifəsində yazıb ki, Qroznının küçələrində “böyük girdə nüfuzlu” polislərin görünməsi yolverilməz haldır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}