Sahil Babayev: "Hər gün nazirlikdə vətəndaşların qəbulu keçirilir"
Tarix: 18-12-2018 15:46 | Bölmə: Cəmiyyət
Sahil Babayev: "Hər gün nazirlikdə vətəndaşların qəbulu keçirilir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası növbəti iclasını keçirib.

Reyting.az-a nazirlikdən verilən məlumata görə, kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, xidmət sahələrində vətəndaş məmnunluğuna nail olunması prezident İlham Əliyevin dövlət qurumları qarşısında müəyyən etdiyi vəzifələrdəndir. Bu vəzifəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində vətəndaş müraciətlərinə diqqət və qayğı ilə yanaşılmasına, onların müraciətlərində qaldırılan məsələlərin qanunvericilik çərçivəsində obyektiv və ədalətli həllinin təmin olunmasına xüsusi diqqət yetirilir.

Nazirin sözlərinə görə, hər iş günü nazirliyin qəbul otağında vətəndaşların qəbulu keçirilir. Təsdiq edilən müvafiq qəbul cədvəlləri əsasında nazir və nazirliyin digər rəhbər vəzifəli şəxsləri nazirlikdə və bölgələrdə vətəndaşlar fərdi qaydada da qəbul olunurlar. Digər tərəfdən, vətəndaşların nazirliyə müraciət imkanları genişlənib, onlar öz müraciətlərini poçt vasitəsilə məktub yazaraq, 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq, yaxud info@mlspp.gov.az elektron ünvana, yaxud nazirliyin sosial şəbəkələrdəki səhifələrinə edə bilərlər. Bütün müraciətlər operativ və obyektiv cavablandırılır.

İclasda vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahəsində görülən işlər, onların nəticələri müzakirə olunub.

İclasda ayrı-ayrı sahələr üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi məsələləri də nəzərdən keçirilib. Bir sıra sahələr üzrə qulluqçu vəzifələrin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi qərara alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}