16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qoca, qısır və qotur inəklərə görə kim məsuliyyət daşıyır?
Tarix: 25-12-2018 11:17 | Bölmə: Cəmiyyət
Qoca, qısır və qotur inəklərə görə kim məsuliyyət daşıyır?

Özünüməşğulluq proqramı iştirakçılarına yaşlı, dişləri tökülmüş, qısır və qotur heyvanlar verilir.

Reyting.az bildirir ki, tanınmış iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun fikrincə, ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara ailəsini maddi baxımdan təmin edəcək təsərrüfata sahib olmaq üçün verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olması bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricidir.

Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər. Hesab edirəm ki, xüsusilə də aztəminatlı təbəqənin müstəqil qazanc mənbəyinin formalaşmasına yönələn bu proqramın icrası mətbuatın və vətəndaş cəmiyyətinin ictimai nəzarətindən kənarda qala bilməz. Səhv etmirəmsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində ictimai şura yaradılıb. Şuranın bu faktlara münasibətini bildirməli, mövqe ifadə etməlidir.
Eyni zamanda, nazirlik açıqlanan faktlara aydınlıq gətirməli və bu proqramın icrasına məsul olan şəxsləri məsuliyyətə cəlb etməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}