17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Neft şirkətinin boslarından biri öldürüldü - Səbəb
Tarix: 29-12-2018 18:07 | Bölmə: Cəmiyyət
Neft şirkətinin boslarından biri öldürüldü

“LUKoyl” neft şirkətinin əsas podratçılarından olan “Master-Neft” şirkətinin təsisçisi Şalva Şalyaxov Moskvanın cənub-qərbində öldürülüb.

Reyting.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, dekabrın 28-də gecə Qaribaldi küçəsindəki yaşayış binasının lift hollunda 61 yaşlı kişinin bədən və baş nahiyəsində kəsilmiş-deşilmiş yaraları olan meyiti aşkar olunub.

Hüquq-mühafizə orqanları ölənin Şalva Şalyaxov olduğunu müəyyənləşdiriblər.

Məlumata görə, üzünü tibb maskası ilə örtən qatil qurbanını binanın girişində görləyib, sonra hücum edərək onu bıçaqlayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Şalva Şalyaxovun qətli məişət xarakterlidir. Onun arvadının sevgilisi bu cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

Digər mənbənin məlumatına görə, saxlanılan 61 yaşlı neftçinin arvadının yaxın dostudur.

“Qətl məişət xarakterlidir. Buna səbəb biznesmenin uşaq doğulandan sonra öz arvadı ilə aralarındakı maliyyə münaqişəsi olub”, - mənbə bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}