16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gəncə hadisələrinə görə 12 nəfər beynəlxalq axtarışdadır - Açıqlama
Tarix: 04-01-2019 17:21 | Bölmə: Cəmiyyət
Gəncə hadisələrinə görə 12 nəfər beynəlxalq axtarışdadır

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun həyata keçirdiyi tədbirlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı müvəffəqiyyətlə aparılıb.

Reyting.az xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov bu gün keçirdiyi əməliyyat müşavirəsində bildirib. O, qeyd edib ki, bu işlər sırasında radikal dindar Yunis Səfərovun iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısına və polis əməkdaşına qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, həmçinin ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə, mütəşəkkil dəstənin üzvləri olan 18 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib.

Bundan əlavə, 11 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan olunub. Hazırda cinayətlərin törədilməsinə aidiyyəti olan bütün şəxslərin və cinayət xarakterli bütün xüsusatların müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Yunis Səfərovun müdafiəsi adı altında radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub.

Həmin cinayət işindən 36 şəxs barəsində 4 cinayət işi ayrıca icraata ayrılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, hazırda cinayət işi üzrə digər şəxslər barəsində istintaq davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}