17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Ekspress" qəzeti bağlandı: Kollektiv prezidentə şikayət edəcək
Tarix: 04-01-2019 20:07 | Bölmə: Cəmiyyət
"Ekspress" qəzeti bağlandı: Kollektiv prezidentə şikayət edəcək

1995-ci ildən nəşr olunan "Ekspress" qəzeti fəaliyyətini dayandırıb.

Reyting.az-a bu barədə qəzetdəki mənbələrdən məlumat verilib.

Mənbənin bildirdiyinə görə, qəzetin nəşrinin dayandırılması qəfil və gözlənilməz olub.

"Qəzet KİVDF-nin dəstəyi ilə çap olunurdu. 2019-cu ilin birinci rübündə də qəzet fondun maliyyə yardımı müsabiqəsinin qalibi olub - ilin ilk 3 ayında qəzetə 30 min manat yardım ayrılıb. Bununla belə, qəzetin sponsoru, ölkənin nəhəng holdinqlərindən biri olan "Nurgün” Şirkətlər Qrupu bu media təsisatının qapadılması ilə bağlı qərar qəbul edib", - mənbə bildirib.

Mənbənin məlumatına görə, şirkətin bu qərarı tamamilə qanunsuzdur və hüquqa ziddir: "Çünki qəzetin fəalıiyyətinin dayandırılması haqda qərar 2 ay öncə kollektivə rəsmi şəkildə elan edilməli və hər bir işçiyə 6 aylıq təzminat ödənilməliydi. Ancaq şirkət qəfil qərar verib və Əmək Məcəlləsini kobud şəkildə pozub. Biz məsələnin hüquqi həllinə çalışacağıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Əmək Müfəttişliyinə, ardınca isə məhkəməyə müraciət edəcəyik. 20 nəfərin taleyi ilə bu formada oynamaq olmaz. Eyni zamanda jurnalistlərin dostu olan Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova müraciət olunacaq. Başqa etiraz aksiyaları da planlaşdırılır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}